07.03.2022

Basketbol idman növü üzrə rayon birinciliyinə start verilib

Şəki şəhər 17 nömrəli tam orta məktəbin idman zalında 2010-2011-ci il təvəllüdlü məktəblilər arasında Basketbol idman növü üzrə rayon birinciliyinə start verilib.

İdman yarışına rayon ümumtəhsil məktəblərindən 25 komanda qatılıb.

Yarış Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini icra edən Elxan Abdullayev məktəbli idmançıları salamlayaraq onların sağlam və gümrah böyümələri üçün bu cür idman oyunlarının əhəmiyyətini qeyd edib.

Yarışlar basketbol idman növünə marağın məktəblərdə kütləviyinin artırılması və sağalm həyat tərzinin aşılanması məqəsdilə keçirilir.

Qeyd edək ki, basketbol idman növü üzrə yarışlar Təhsil Nazirliyi və Azərbaycan Basketpol Federasiyasının təşkilatçılığı ilə keçirilir.

Rayon turunun qalibi olan komanda zona yarışlarında iştirak etmək hüququ qazanacaq.

 


Açar sözlər: ,