06.03.2022

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin akt zalında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin əməkdaşları və bir qrup təhsil işçisi iştirak ediblər.

Tədbirdə çıxış edənlər ilk olaraq qadınları əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildiriblər. Qadınların cəmiyyətimizdəki rolundan, təhsilin, elm və mədəniyyətin inkişafındakı xidmətlərindən danışıblar.

Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində fərqlənən bir qrup təhsil işçisinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

 


Açar sözlər: ,