02.03.2022

Basketbol idman növü üzrə şəhər birinciliyi keçirilib

9-11 fevral tarixində Şəki şəhər 17 nömrəli tam orta məktəbin idman zalında ümumtəhsil məktəbləri arasında basketbol idman növü üzrə şəhər birinciliyi keçirilib.

Yarışmanın yekununa əsasən, nəticə aşağıdakı kimi olub:

I yer - şəhər 17 nömrəli tam orta məktəb

II yer - şəhər 20 nömrəli tam orta məktəb-lisey

III yer - şəhər 8 nömrəli tam orta məktəb

Qaliblər Şəki şəhər Gənclər-idman İdarəsinin diplomları ilə təltif olunub.

Qeyd edək ki, ümumtəhsil məktəbləri arasında basketbol üzrə şəhər birinciliyi Şəki Şəhər Təhsil Şöbəsinin və Şəki şəhər Gənclər-idman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Yarışın keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, rayonda basketbol idman növünü inkişaf etdirmək, yarış iştirakçılarının idman ustalıqlarını artırmaq, gənclər arasında sağlam həyat tərzini aşılamaqdır.


Açar sözlər: ,