25.02.2022

“Xocalı qanayan yaramız“ adlı rəsm sərgi təşkil edilib

Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəki şəhər 12 nömrəli tam orta məktəbdə “Xocalı qanayan yaramız“ adlı rəsm sərgi təşkil edilib.

Sərgini keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq ibarətdir.

Rəsmləri çəkən şagirdlər həmin gecənin dəhşətlərini, yüzlərlə insanın al qanına qəltan edilib qətlə yetirilməsini, düşmənin kimsəyə aman verməməsini uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər.


Açar sözlər: ,  ,