25.02.2022

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilib

Şəki rayon ümumtəhsil məktəblərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilib.

Təhsil müəssisələrində “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa müsabiqələri, idman yarışları keçirilib. Həmçinin divar qəzetlərindən ibarət sərgilər təşkil olunub, stendlər, guşələr, bülletenlər hazırlanıb.

Keçirilən tədbirlərdə təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

Tədbirlərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə 30 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışılıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığı bildirilib. İkinci Vətən müharibəsində - 10 noyabr 2020-cil tarixdə Xocalının yağı düşmənlərdən geri qaytarılması ilə bağlı geniş məlumatlar verilib.

Tədbirlərdə Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarxlar nümayiş olunub, məktəblilər kompozisiyalarla çıxış ediblər.

Tədbirlərin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin ehtiramla xatirəsini yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.


Açar sözlər: ,  ,  ,