28.02.2022

Respublika Fənn Olimpadalarının yarımfinal mərhələsi keçirilib

Fevralın 27-də Şəki şəhər 11 nömrəli tam orta məktəbdə Respublika Fənn Olimpadalarının yarımfinal mərhələsi keçirilib.

Şəki və Oğuz rayonları üzrə ümumilikdə 293 şagirdin qatıldığı imtahanda lX-Xl sinif şagirdləri və xüsusi istedadı ilə fərqlənən VIII sinif şagirləri iştirak ediblər.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir.

Yarımfinal turu Bakı şəhərində 6, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 18 mərkəz olmaqla ümumilikdə 25 mərkəzdə təşkil edilib.

Fənn Olimpadalarının yarımfinal turu Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib.

Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.az, www.olimpiada.edu.az saytlarında və iştirakçıların təhsil aldıqları ümumtəhsil müəssisəsələrində 4 mart tarixindən etibarən elan olunacaq.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.