28.02.2022

Peşəyönümü koordinatorlar üçün təlim təşkil olunub

Şəki şəhər 10 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının təhsil nazirinin 29.07.2021-ci il tarixli F-382 nömrəli əmrinə əsasən, "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili"ni həyata keçirən peşəyönümü koordinatorlar üçün təlim təşkil olunub.

Qeyd edək ki, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilən təlimlərin məqsədi koordinatorlara peşəyönümü işinin təşkili üçün zəruri olan bilik və bacarıqları qazandırmaqdır. Ümumtəhsil məktəblərinin peşəyönümü koordinatorlarının iştirak etdiyi təlimlər çərçivəsində iştirakçılar peşəyönümü xidmətinin təşkilinin hüquqi əsasları, peşəyönümü işinin prinsipləri, həmçinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə şagirdlər ilə aparılan peşəyönümü üzrə işlərin məqsədi və s. kimi mövzularda öz bilik və bacarıqlarını artırırlar.


Açar sözlər: ,