21.02.2022

21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib.

Çıxış edənlər şagirdlərə Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, ünsiyyət qurmasında mühüm rol oynaması barədə söhbət açılıb. Bildirilib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutur. 

Tədbirlərin keçirilməsində məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi və doğma dilimizdəki əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə olduğu kimi ötürmək üçün onlarda dilimizə sevgi və hörmət hissini daha da artırmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

Tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,