Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında Şəki Şəhər Təhsil Şöbəsinin və Şəki şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəki şəhər Təhsil Şöbəsinin və Şəki şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, məktəbin müəllimi və şagird kollektivi iştirak ediblər.
Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 30 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıblar.
Tədbirdə Xocalı faciəsində törədilən vəhşilikləri əks etdirən videoçarxlar nümayiş olunub.
Daha sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda ifadə ediblər.