Fevralın 18-də Şəki şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Cabbarovanın Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya Salam” poeması mövzusunda açıq dərs keçirib.
Açıq dərsdə Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.
Dərsin keçirilməsində məqsəd müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılmasından ibarətdir.
Dərsin sonunda mövzu ilə bağlı müzakirə aparılıb.