Fevralın 7-də Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn iclas keçirilib.
Görüşdə Təhsil Şöbəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Onlayn görüşdə çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdir vəzifəsini icra edən Elxan Abdullayev 2021-2022-ci tədris ilində II yarımil üzrə qarşıda duran vəzifələr, şagird-müəllim-valideyn münasibətlərinin düzgün qurulması və Respublika Fənn Olimpiadalarında yarımfinala çıxan şagirdlərin növbəti tura hazırlıq məqsədilə müvafiq işlərin aparılması ilə bağlı məktəb direktorlarına tapşırıq və tövsiyələr verib.
Sonda görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndirilib.