09.02.2022

Basketbol üzrə rayon birinciliyinə start verilib

Fevralın 9-da Şəki şəhər 17 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəbləri arasında Şəki Şəhər Təhsil Şöbəsinin və Şəki şəhər Gənclər-idman İdarəsinin birgə təşkilatçılığı ilə basketbol üzrə rayon birinciliyinə start verilib.

Turnirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, rayonda basketbol idman növünü inkişaf etdirmək, yarış iştirakçılarının idman ustalıqlarını artırmaq, gənclər arasında sağlam həyat tərzini aşılamaqdır.

Qeyd edək ki, 3 gün ərzində keçiriləcək birinciliyin qalibləri Şəki şəhər Gənclər-idman İdarəsinin kubok və diplomları təqdim ediləcək.


Açar sözlər: