26.01.2022

Düşünən oxucu” adlı müsabiqənin rayon (şəhər) mərhələsi keçirilib

Yanvarın 24-də Şəki şəhər 12 nömrəli tam orta məktəbdə “Düşünən oxucu” adlı müsabiqənin rayon (şəhər) mərhələsi keçirilib.

Müsabiqənin  rayon mərhələsində Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 32 nəfər V-IX sinif şagirdi iştirak edib.

Rayon mərhələsində Münsiflər heyəti tərəfindən şagirdlərin videotəqdimatları izlənilib, müəyyən olunmuş qiymətləndirilmə meyarları üzrə seçim aparılıb.

Nəticədə şəhər 11 nömrəli tam orta məktəbin VII sinif şagirdi Nuranə  Əhmədova müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin məqsədi təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır.

Qeyd edək ki, müsabiqə çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunmuş kitablar əsasında müəyyənləşdirilmiş oxu ədəbiyyatı siyahısındakı bir əsəri oxuyaraq videotəqdimat hazırlayıblar. Maksimum 5 dəqiqə olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edərək əsərin ona təsirini dəyərləndirməli, eyni zamanda təhlil zamanı “Bədii qəhrəmanın yerinə olsaydım, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualları verərdim?”, “Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?” suallarından ən azı birinə cavab verməlidir.


Açar sözlər: ,