2 fevral-Gənclər günü münasibətilə Şəki şəhər 10 nömrəli tam orta məktəbin akt zalında tədbir keçirilib.
Şəki şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Şəki Şəhər Təşkilatının, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin nümayəndələri, rayondakı ümumi təhsil, orta ixtisas və ali məktəblərin şagird və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkə başçısı cənab İlham Əliyevin Dövlət Gənclər Siyasəti sahəsində apardığı uğurlu və məqsədyönlü fəaliyyətini xüsusi qeyd ediblər.
Daha sonra tədbirdə çıxış edən fəal gənclər ölkə başçısı tərəfindən uğurla həyata keçirilən dinamik inkişafın davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.
Tədbirin sonunda xüsusi nailiyyətləri ilə fərqlənən gənclərə və təlimdə yüksək nailiyyətlər qazanmış məktəblilərə diplom və hədiyyələr təqdim edilib.