01.02.2022

258 şagirdimiz Respublika Fənn Olimpiadalarının yarımfinalına vəsiqə qazanıb

Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Nəticələrə əsasən, Şəki rayonu üzrə 258 şagird müsabiqənin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 10-15 fevral 2022-ci il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini təbrik edir, növbəti mərhələlərdə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,