22.01.2022

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

Şəki rayonunda 2 mərkəzdə Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

Şəki rayonu üzrə müsabiqədə 1056 şagird iştirak edib.

Olimpiadanın rayon mərhələsində 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak ediblər.

Qeyd edək ki, olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,  ,