18.01.2022

“20 Yanvar-müstəqilliyə aparan yol” adlı inşa yazı müsabiqəsi keçirilib

Yanvarın 18-də Şəki şəhər 12 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin və Şəki Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilmiş “20 Yanvar-müstəqilliyə aparan yol” adlı inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə VIII-XI sinif şagirdləri iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, müstəqilliyimiz uğrunda canından keçmiş qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır.

Rayonun ümumtəhsil məktəblərindən gələn 36 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələri yoxlama komissiyasının rəyi əsasında bəlli olacaq.


Açar sözlər: ,  ,