13.01.2022

Onlayn iclas keçirilib

Yanvarın 13-də Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn iclas keçirilib.

Onlayn görüşdə Şəki Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Elxan Abdullayev, təhsil şöbəsinin əməkdaşları və rayon ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

İclasda 2021-ci ilin yekunları və yeni təqvim ilində qarşıda duran vəzifələr, fənn olimpiadalarına hazırlıq, ibtidai siniflərdə şagirdlərin oxu, yazı və hesablama bacarıqlarının təhlili  və  digər mövzular müzakirə olunub.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.


Açar sözlər: