13.12.2021

Ulu öndərin xatirəsi anılıb

Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər, “dəyirmi masa”lar, konfranslar, sərgilər, inşa müsabiqələri keçirilib.

Tədbirlərdə Şəki Şəhər  Təhsil Şöbəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirlərdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən danışılıb. Çıxışçılar Azərbaycanın tərəqqi və inkişafının məhz fenomen şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər. Qeyd olunub ki, ulu öndərin hakimiyyəti illərində respublikamız ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisində zəngin inkişaf yolu keçib.

Tədbirlərdə ulu öndər haqqında sənədli filmlər nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,