09.12.2021

“Zəfər tariximiz” adlı inşa yazı müsabiqəsi keçirilib

Şəki rayon Babaratma kənd ümumi orta məktəbinin VII, VIII və IX sinif şagirdləri arasında “Zəfər tariximiz” adlı inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması,onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Çıxış edən məktəbin direktoru Aytən  Quluyeva tarixə 44 günlük müharibə kimi düşmüş Vətən müharibəsindən, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfərdən danışıb.

Sonra müsabiqə iştirakçıları Vətən müharibəsi, Azərbaycan Ordusunun şücaəti, qazanılan şanlı Qələbə ilə bağlı fikirlərini kağız üzərinə köçürüblər.

Müsabiqədə I, II və III yeri tutan şagirdlər məktəbin direktoru tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.


Açar sözlər: ,  ,