08.12.2021

Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Şəki rayonu Qırxbulaq kənd ümumi orta məktəbdə Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Çıxışlarda qeyd olunub ki, aşıq sənətinin XVI əsrdə Qurbanidən başlayıb XX əsrdə Aşıq Şəmşirə qədər davam edən zaman bölümündə Aşıq Ələsgər zirvə təşkil edir. O, türk dünyasında aşıq sənətini ən yüksək səviyyəyə qaldıran sənətkardır. Bildirilib ki, Aşıq Ələsgər aşıq ədəbiyyatının nizamnaməsini yaradıb. O, ustad aşıq baxımından da digər ustad aşıqlardan fərqlənir. Onun ustadnamələri həm də bir ustad dərsləridir.

Daha sonra şagirdlər aşığın yaradıcılığından qoşma, gəraylı, təcnislər söyləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 18-də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.


Açar sözlər: ,  ,  ,