Şəki rayon Kiçik Dəhnə kənd 2 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə məktəbin direktoru Elvin Mustafayev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin əsas məqsədi yeniyetmələrə narkomaniya və digər zərərli vərdişlərin mənfi nəticələri barədə geniş məlumat verməkdən ibarətdir.
Tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.
Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.
Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.