02.12.2021

Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib

Şəki rayon Baltalı kənd tam orta məktəbində Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib

Tədbirdə məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.

Həyata keçirilən tədbirdə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğu bildirilib, qüdrətli söz sahibinin yaradıcılığına bütün dünyada böyük maraq olduğu vurğulanıb. Bu baxımdan qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edildiyi şagirdlərin diqqətinə çatdırılıb.

Tədbirdə dahi sənətkarın şeirləri səsləndirilib, həyat yolu barədə məlumat verilib və videoçarxlar nümayiş olunub.


Açar sözlər: ,  ,