06.12.2021

Şəki məktəblisindən örnək addım

Şəki şəhər 19 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Səid Yusifov küçədə pulqabı tapıb. O, pulqabını açarkən içində qiymətli əşyalar, sənədlər olduğunu görüb. Səid tapdığı pulqabını Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verib.

Səidin bu hərəkətini yüksək qiymətləndirən Polis Şöbəsinin əməkdaşları məktəbə gələrək, Səidin müəllimlərinə və valideynlərinə öz təşəkkürünü bildiriblər.

Qeyd edək ki, Səidin anası Nübar Yusifova həmən məktəbin uşaq birliyi təşkilatı rəhbəridir.


Açar sözlər: