Azərbaycan Təhsil İşçiləri Azad həmkarlar İttifaqı Respublika Komitəsinin “İlin peşəkar gənci” fəxri adı uğrunda keçirilən müsabiqədə Şəki şəhər 17 nömrəli tam orta məktəbin direktoru Gülnarə Nəsibova “İlin peşəkar gənci” döş nişanı ilə təltif edilib.
Qeyd edək ki, “İlin peşəkar gənci” fəxri adı hər il əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif peşə sahələrində yüksək ustalıqla fərqlənən, ictimaiyyətin geniş rəğbətini qazanan şəxslərə verilir.
Gülnarə Nəsibovanı təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!