Şəki məktəbliləri Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak ediblər.
Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin (Regional İnkişaf - RİİB) və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda üç şagirdimiz Ramazanov Muhamməd Tariyeviç şəhər 5 nömrəli tam orta məktəbin XI sinif, Asvarov Denis Mahmudoviç şəhər 7 nömrəli tam orta məktəbin IX sinif və Yaşarlı Ləman Dərya şəhər kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdi iştirak edib.
Məlumat üçün qeyd edək ki, uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə Azərbaycan Uşaqlarının Ümumrespublika Forumları hər üç ildən bir keçirilir.
Forumların əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, onu bütünlüklə uşaqlar aparır. Uşaqlar hökumət nümayəndələrinə öz təkliflərini verir, eyni zamanda fikir mübadiləsi apara bilirlər.