Noyabrın 17-də Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən "Təmiz ekologiya, sağlam orqanizm və sağlam düşüncə" adlı onlayn tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Onlayn tədbirdə "Məktəblərdə ekoloji tərbiyənin aşılanması", "Narkomaniya və QİÇS xəstəliyinə qarşı mübarizə" və "Qurd xəstəliklərindən qorunmağın yolları" mövzularında çıxışlar dinlənilib.
Tədbirin sonunda mövzularla bağlı fikir mübadiləsi aparılıb.