16.11.2021

İntellektual oyunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib

8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər bizimdir” adlı intellektual oyunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Şəki Şəhər Təhsil Şöbəsinin akt zalında keçirilən görüşdə Şəki Şəhər Təhsil Şöbəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin, Şəki şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları və şagirdlər iştirak ediblər.

26 komandanın iştirakı ilə keçən bilik yarışının ümumi yekun nəticəsinə görə şəhər 18 nömrəli məktəbin "Çələbixan" komandası I yerə, Baş Göynük kənd 1 nömrəli məktəbin "Murovdağ" komandası ll yerə, şəhər 7 nömrəli məktəbin "Qalib" komandası isə lll yerə layiq görülüb.

Qalib komandalar Şəki Şəhər Təhsil Şöbəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin, Şəki şəhər Gənclər və İdman İdarəsinin Diplomları və hədiyyələri təqdim olunub.

Qeyd edək ki, "Zəfər bizimlədir" intellektual oyunu Respublika Təhsil Nazirliyinin 7 sentyabr 2021 ci il tarixli, F-429 nömrəli əmrinə əsasən təşkil edilib.


Açar sözlər: ,