11.11.2021

"Bizim hüquq dünyamız" adlı onlayn tədbir keçirilib

Noyabrın 11-də Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Bizim hüquq dünyamız" adlı onlayn tədbir keçirilib.

Onlayn keçirilən tədbirdə Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri, Şəki Şəhər Gənclər və İdman idarəsinin, Şəhər Polis Şöbəsinin, Şəhər Təhsil Şöbəsinn nümayəndələri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd uşaq hüquqlarını təbliğ etmək, hüquq düşüncəsini, hüquq mədəniyyətini inkişaf etdirməkdən ibarətdir.

Onlayn tədbirdə çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri müavini Elxan Abdullayev ölkədə uşaq hüquqlarının qorunması və onlara göstərilən dövlət qayğısından danışıb. O, ulu öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxladığını və indi də uşaqlara qayğının ildən-ilə artdığını bildirib.

Daha sonra çıxış edənlər uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda görülən işlər, onlara göstərilən diqqət və qayğı uşaqların hərtərəfli formalaşması üçün yaradılan imkanların əhəmiyyəti barədə danışıblar.

Onlayn tədbirdə məruzə və çıxışlar dinlənilib, mövzuya dair maraqlı videoçarxlar və slaydlar nümayiş edilib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,