14.11.2021

Şəki rayon ümumtəhsil məktəblərindən 232 şagird Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində iştirak edib

Təhsil İnstitutu noyabrın 14-də Şəki rayon ümumtəhsil məktəblərinin şagirdlər üçün Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini (KBRM) təşkil edib.

Rayon üzrə 2 mərkəzdə təşkil edilən müsabiqədə 232 şagird iştirak edib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçirilib və 90 dəqiqə davam edib. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.


Açar sözlər: ,