06.11.2021

"Qarabağ Azərbaycandır!" adlı tədbiri keçirilib

Şəki şəhər 11 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aygün Məmmədova llls sinfində "Qarabağ Azərbaycandır!" adlı tədbiri keçirilib.

Tədbirdə Təhsil şöbəsinin ibtidai siniflər üzrə metodistləri Gülnarə Süleymanova və Ülviyyə İslamova, qazilər, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi və qəhrəmanlarının unudulmaması, şagirdlər arasında geniş təbliği və şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi ibarətdir.

Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən məktəbin llls sinif şagirdləri hərbi - vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda Şəhidlər xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, tədbir Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq təşkil edilib.


Açar sözlər: ,  ,  ,