08.11.2021

8 noyabr - Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunub

Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 8 noyabr - Zəfər Günü ilə bağlı tədbirlər təşkil olunub.

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na əsasən ümumi təhsil müəssisələrində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, idman yarışları, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

Tədbirlərdə Şəki şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Gənclər və İdman idarəsinin və Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətindən danışıblar.

Keçirilən tədbirlərdə şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalar nümayiş olunub.


Açar sözlər: ,  ,