04.11.2021

Şəki Şəhər Təhsil Şöbəsinin müdiri videoqəbul formatında vətəndaşları qəbul edib

Noyabrın 4-də Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova videoqəbul formatında vətəndaşları qəbul edib.

Şöbə müdiri vətəndaşların müraciətini dinləyərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Videoqəbulda qaldırılmış məsələlər qeydiyyata alınıb, məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Qeyd edək ki, videoqəbulun təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların Şəki Şəhər Təhsil Şöbəsinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir. Videoqəbulda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.


Açar sözlər: