Oktyabrın 30-da Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin və Şəki şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə rayonun məktəb komandaları arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər bizimdir” adlı intellektual oyunu keçirilib.
Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin, Şəki şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Daha sonra tədbirdə çıxış edənlər 8 Noyabr - Zəfər Gününün tarixi əhəmiyyətindən, 44 günlük müharibə dövründə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin əldə etdiyi şanlı qələbədən danışıblar.
Münsiflər heyəti tərəfindən oyunun qayda və şərtləri izah olunduqdan sonra yarışa start verilib. 26 komandanın iştirakı ilə keçən bilik yarışının ümumi yekun nəticəsinə görə şəhər 18 nömrəli məktəbin "Çələbixan" komandası I yerə, Baş Göynük kənd 1 nömrəli məktəbin "Murovdağ" komandası ll yerə, şəhər 7 nömrəli məktəbin "Qalib" komandası isə lll yerə layiq görülüb.