Oktyabrın 25-də Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə ümumtəhsil məktəblərinin kitabxanaçıları ilə onlayn tədbir keçirilib.
Şəki Şəhər Təhsil Şöbəsinin metodisti Təranə Əsgərovanın təskilatçılığı ilə keçirilən tədbirdə ümumtəhsil məktəblərinin kitabxanaçıları və şagirdlər iştirak ediblər.
Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətinin artırılması, şagirdlərdə oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır
Tədbirdə çıxış edənlər bu günün əhəmiyyətindən bəhs edərək, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, 1999-cu ildən etibarən UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq Məktəb Kitabxanaları Günü təsis edilib.