26.10.2021

 "Nizami Gəncəvi ili"nə həsr olunan şeir müsabiqəsi keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə  "Nizami Gəncəvi ili"nə həsr olunan şeir müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, istedadlı şagirdlərin şeir sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Rayonun ümumtəhsil məktəblərinin IV-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən müsabiqədə 49 şagird iştirak edib.

Müsabiqədə I, II və III yeri tutan şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılacaq.


Açar sözlər: ,  ,  ,