17.10.2021

Müsabiqənin qalibləri mükafatlandırılıb

Şəki Şəhər Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr -Anım Gününə həsr olunmuş "Zəfər sevincini bizə yaşadanlar" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə Təhsil şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin əməkdaşları, müəllimlər və müsabiqə qalibləri iştirak ediblər.

Rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən müsabiqədə 34 şagird iştirak edib.

Müsabiqə qalibləri diplom və hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.


Açar sözlər: ,  ,