08.10.2021

"Şəhidlik zirvəsinə gedən qəhrənanlıq yolu" adlı anım tədbiri keçirilib

Şəki şəhər 18 nömrəli tam orta məktəbin şəhid məzun Əlihüseyn Elşən Məmmədova həsr olunan "Şəhidlik zirvəsinə gedən qəhrənanlıq yolu" adlı anım tədbiri keçirilib.

Tədbirdə Təhsil şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk öncə torpaqlarımızın bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhid Əlihüseyn Elşən Məmmədovun göstərdiyi qəhrəmanlıqdan söz açılıb, keçdiyi həyat yoluna nəzər salınıb.

Çıxış edənlər vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

Tədbirin sonunda şagirdlər şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.


Açar sözlər: ,  ,  ,