05.10.2021

Qabaqcıl müəllimlər mükafatlandırılıb

Şəki Şəhər Təhsil Şöbəsinin  akt zalında  5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin əməkdaşları, direktorlar və müəllimlər  iştirak ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə, müəllim əməyinə həmişə yüksək qiymət verdiyi, Ulu Öndərin bu siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Bildirilib ki, bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir.

Tədbirin sonunda 2020-2021-ci tədris ilində keçirilən fənn olimpiadaları və müsabiqələrin nəticələrinə, həmçinin fərqlənmə attestatları, qızıl və gümüş nişan alan şagirdlərin sayına görə seçilən məktəblərin direktorlarına və müəllimlərə Şəki Şəhər Təhsil Şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.


Açar sözlər: ,