2021-2022-ci tədris ilində Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki 85 ümumi təhsil müəssisəsinin 130 məktəbəhazırlıq qrupuna 1976 uşaq qeydiyyatdan keçib. Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.
2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2016-cı ildə anadan olmuş uşaqlar cəlb olunub.
Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.