30.09.2021

Direktor müavinləri ilə onlayn iclası keçirilib

Sentyabrın 30-da tərbiyə işləri üzrə direktor müavinləri ilə onlayn iclas keçirilib.

İclasda təhsil şöbəsinin əməkdaşları və  rayonun bütün təhsil müəssisələrindən olan direktor müavinləri iştirak edib.

Görüşdə Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”ndan irəli gələn vəzifələri həyata keçirilməsi və görüləcək işlərlə bağlı söhbət aparılıb.

Daha sonra bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.


Açar sözlər: ,  ,