30.09.2021

Məzunumuz Prezident təqaüdünə layiq görülüb

2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Şəki şəhər 10 nömrəli tam orta məktəbin məzunu Şahid Məhərrəmli Prezident təqaüdünə layiq görülüb.

Məlumat üçün qeyd edək ki, Şahid III ixtisas qrupu üzrə 668 bal toplayıb. Bundan başqa o, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl medala da layiq görülüb.

Şagirdimizə uğurlar diləyir, təhsil həyatında daha böyük nailiyyətlər qazanmağını arzu edirik.


Açar sözlər: ,