29.09.2021

V-XI sinifləri üzrə ənənəvi tədrisə start verilib

Sentyabrın 29-u Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə ənənəvi tədrisə start verilib.

Yeni tədris ilində Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə, ümumilikdə 25662 şagird var ki, onlardan 15702 şagird V-XI siniflərdə təhsil alacaq.

Təhsil müəssisələrində ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində 96 ümumi təhsil məktəbi, 71-i tam orta məktəb, 22-si ümumi orta məktəb, 3-ü ibtidai məktəb və 2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla 98 təhsil müəssisəsi fəaliyyət göstərir.


Açar sözlər: ,  ,  ,