27.09.2021

27 sentyabr Anım Günü ilə bağlı rapid şahmat turniri keçirilib

Şəki şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçıliğı ilə 27 sentyabr Anım Günü ilə bağlı rapid şahmat turniri keçirilib.

Tədbir iştirakçıları ilk öncə Şəhidlər xiyabanını ziyarət edib və abidə önünə gül-çiçək dəstələri düzüblər. Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediliblər.

Daha sonra açılışda çıxış edən məktəbin direktoru Saniyə Babayeva 44 günlük Vətən müharibəsində qəhraman əsgər və zabitlərimizin göstərdikləri şücaətdən, Ali Baş Komandan cənab İlham Əliyevin müharibənin Zəfərlə başa çatdırılması üçün nümayiş etdirdiyi iradə və qətiyyətdən söhbət açıb, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin sonunda qaliblər Şəki şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin "Fəxri Fərmanı” ilə təltif edilib.


Açar sözlər: ,