24.09.2021

"Zəfər sevincini bizə yaşadanlar" adlı inşa müsabiqəsi keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr -Anım Gününə həsr olunmuş "Zəfər sevincini bizə yaşadanlar" adlı inşa müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması,onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən müsabiqə şəhər 12 nömrəli tam orta məktəbdə təşkil edilib.

Müsabiqədə 36 nəfər şagird iştirak edib.

Müsabiqədə I, II və III yeri tutan şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılacaq.


Açar sözlər: