25.09.2021

"Onları ehtiramla anırıq" adlı onlayn tədbir keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə #27Sentyabr - #AnımGünü münasibətilə "Onları ehtiramla anırıq" adlı onlayn tədbir keçirilib.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov, Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev və məsləhətçi Məftunə Abdullayeva, Vətən müharibəsi iştirakçısı, Şəki şəhər fizika - riyaziyyat və humanitar təmayüllü liseyinin coğrafiya müəllimi Ülvi Məmmədov, məktəb direktorları, müəllimlər və şagirdləri iştirak edib.

Tədbirdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.


Açar sözlər: ,