23.09.2021

Şəki şəhər 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Ümmü Süleymanova Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib.

8-12 sentyabr Türkiyənin paytaxtı Ankara şəhərində Eğitim Yöneticileri və Uzmanları Derneği (EYUDER), TOBB ETÜ (Türkiyə Odalar və Borsalar Birliyi Ekonomi və Texnoloji Universiteti) və Southern Connecticut State University birgə Beynəlxalq XII Eğitim Yöneticileri Forumu (EYFOR-XII) keçirilib.

Tədbirdə Azərbaycanı təmsil edən 16 nəfərlik qrup iştirak edib.

Qrupun üzvlərindən biri də Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Ümmü Süleymanovadır. O, beynəlxalq konfransa "Orta məktəbdə psixoloji xidmətin səmərəliliyinin artırılmasının yolları" məqaləsi ilə qatılıb.

Ümmü Süleymanovanın bu mövzudakı çıxışı aktual məsələ kimi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və tədbirin təşkilatçıları tərəfindən fərqləndirici sertifikatla dəyərləndirilib.

Qeyd edək ki, Ü.Süleymanova Türkiyənin kitab və dərslik müəllifləri olan, təhsil projelərində tanınan üç müəllimindən birgə layihə təklifi alıb. Bu layihələr yaxın günlərdə həyata keçiriləcək.

Onu da qeyd edək ki, ölkəmizi təmsil edən 16 nəfərlik təhsil işçiləri ümumi olaraq "Altun Məşəl"lə mükafatlandırılıblar.


Açar sözlər: ,