Sentyabrın 22-də Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin I - IV sinifləri üzrə yeni dərs ili başlayıb.
Məktəblərdə ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Şəki ŞTŞ-nin tabeliyində olan ümumi təhsil məktəblərin I – IV sinifləri üzrə ümumilikdə, 9650 nəfər şagird təhsil alacaq.
Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində 96 ümumi təhsil məktəbi, 71-i tam orta məktəb, 22-si ümumi orta məktəb, 3-ü ibtidai məktəb və 2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla 98 təhsil müəssisəsi fəaliyyət göstərir.
Onu da qeyd edək ki, sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə ənənəvi tədrisə başlanılacaq.