22.09.2021

Yeni tikilmiş tam orta məktəbin açılış mərasimi keçirilib

Sentyabrın 22-də Şəki rayonu Cəyirli kəndində Heydər Əliyev Fondu tərəfindən yeni tikilmiş tam orta məktəbin açılış mərasimi keçirilib.

 

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov,  Heydər Əliyev Fondunun nümayəndəsi,  Şəki  Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova iştirak edib.

 

İlk öncə  məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və məktəbdə yaradılan şəraitlə tanış olublar.

 

Bildirilib ki, Cəyirli kənd tam orta məktəbi 432 şagird yerlikdir. Tədris binasında 21 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika və gənclərin çağırışaqədərki hazırlıq, tibb otağı və məktəbəhazırlıq kabinetləri də var.

 

Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub.