10.09.2021

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın  təhsilimizə  göstərdiyi diqqət və qayğı əvəzsizdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır.

Azərbaycanda dinamik iqtisadi inkişafın sürətlənməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına  etibarlı təminat yaradan ölkə başçısı  cənab İlham Əliyev  elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq Ulu öndərin bu sahədə  müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla  gerkəkləşdirilməsində Heydər Əliyev Fondunun son 15 illik fəaliyyəti xüsusi vurgulanmalıdır. Mehriban xanım Əliyevanın  rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı  bir çox önəmli layihə və proqramlara start  həyata verilmişdir. Onların arasında ”Yeniləşən Azərbaycana yeni məktəb”  proqramı ayrıca qeyd edilməlidir. Məhz bu proqramın icrası nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir.                                                                                                                                                                       

Şübhəsiz ki, məktəblərimizi  yeni tipli məktəblər səviyyəsinə çatdırmasaq, yeni tipli məktəblər inşa etməsək, müasir  avadanlıqlarla təhciz etməsək təhsildə heç də inkişaf etmiş xarici ölkələr səviyyəsində yeni nailiyyətlər əldə etmək qeyri mümkündür. Məhz  bunu nəzərə alaraq fond ilk növbədə yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparır. Ona görə də Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb  layihəsi”  bu baxımdan cəmiyyətdə çox böyük əks səda doğurmuşdur.

Layihə  çərçivəsində  hələ 2005 – ci ildə Azərbaycanın müxtəlif bölgələrində rekord sayda 132, 2006- cı ildə daha 100 yeni məktəb binasının tikilərək istifadəyə verilməsi bu sahədə həyata keçirilən işlərə əvəzsiz töhvə  olmuşdur. 

2005- 2012- ci illər ərzində ölkədə müxtəlif  bölgələrdə 100 mindən artıq şagirdin təhsil aldığı  400 - dək  məktəb binası inşa olunmuş  və ya yenidən qurulmuşdur.  Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana,son model kompüterlərlə və digər İKT vasitələri ilə təhciz  olunmuş kompüter kabinetləri, emalatxana, idman zalı, akt zalı, idman meydançası var. Bu da hörmətli Mehriban xanımın təhsilimizə göstərdiyi böyük qayğının təzahürüdür. 

Qeyd edək ki,Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsində gördüyü işlər müxtəlifdir. Bu yalnız məktəb tikintisi ilə məhdudlaşmır,həm də  UNESCO ilə konkret təhsil proqramının həyata keçirilməsinədək  geniş bir spektrı əhatə edir.    

Ölkənin birinci xanımı Mehriban Əliyeva respublikamızın ayrı-ayrı regionlarına gedən zaman hər rayonun əhalisi ilə görüşür, onların arzu və təkliflərini, problemlərini dinləyir və çalışır ki, əhalinin bu problemləri öz həllini tapsın.Ölkəmizdə təhsilə ayrılan diqqət və qayğının nəticəsidir ki, hətta  pandemiya ilə bağlı xüsusi karantin rejimi şəraitində də məzunlarımızın bir çoxu yüksək nəticə göstərərək ali məktəblərə daxil olurlar. 

    

Əlbəttə ki, müasir tipli məktəblərin açılması, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması  son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş  və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarıının həqiqi mənada təminatçısı olmuşdur.

Yüksək fərəh hissi keçirirəm ki, hazırda mənim çalışdığım Şəki şəhər 6 nömrəli tam orta məktəb də 2007-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə  verilmişdir. Məktəbimizdə 226 nəfər şagird təhsil alır. Hər il məktəbimizi qurtaran məzunlarımızın əksəriyyəti ali məktəblərə qəbul olunurlar. Şagirdlərimiz fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə də iştirak edərək nailiyyətlər əldə edirlər. Bu ilki məzunlarımızdan 4 nəfəri məktəbi Fərqlənmə attestatı ilə bitirmişdir.                                                                                                                                        

Mən bütün Təhsil işçiləri adından  ölkəmizdə təhsilə göstərdikləri  diqqət və qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya bir daha öz dərin təşəkkürlərimi bildirirəm.

 

Şəki şəhər 6 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Təranə İsmayılova

                                                                                                                                                                                

                                                                                                                                 


Açar sözlər: